"Toyota" 2 milyondan çox avtomobili geri çağırdı

  • DÜNYA

"Toyota" şirkəti Yaponiyada və ABŞ-da 2 milyondan çox avtomobili geri çağırıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, geri çağırılma avtomobillərdə hibrid rejiminə keçid zamanı təhlükəsiz idarəetmə sisteminin işə düşməməsi ilə əlaqədardır.
Bu problemlə əlaqədar avtomobillər qəfil dayana bilər.
Geri çağırılma 2009-cu ildən 2014-cü ilədək satılmış "Prius" və "Prius Alfa" avtomobillərinə şamil edilib.
Qeyd olunur ki, 1,25 milyon avtomobil Yaponiyada, daha 807 min avtomobil ABŞ-da geri çağırılıb.
 
Aktual.az
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR