Təyyarə hava limanına qəza enişi etdi

Təyyarə hava limanına qəza enişi etdi

Honkonqun "Cathay Pacific" aviaşirkətinə məxsus təyyarə Çinin Çuntsin şəhərində qəza enişi edib.

Aktual.az report-a istinadən bildirir ki, göyərtəsində 248 sərnişin daşıyan "Boeing-777" təyyarəsi Honkonq-London marşrutu üzrə aviareys yerinə yetirirmiş. Çinin cənub-qərbindən uçarkən mühərriklərdən birində yağın təzyiqinin aşağı düşdüyü aşkarlanıb. Dərhal pilotlar uçuşun həyata keçirildiyi aeroporta qayıtmağı qərara alıblar.

"Amma bir neçə dəqiqə sonra hava gəmisinin komandiri problemin ciddi olduğunu və geri qayıda bilməyəcəklərini açıqladı. Nəticədə Çuntsində enməli olduq", - deyə sərnişinlərdən biri bildirib. Onun sözlərinə görə, təyyarə hava limanı üzərində 20-30 dəqiqə dövr edərək yanacağını boşaldıb, uçuş-eniş zolağında isə yanğınsöndürən və təcili tibbi yardım maşınları gözləyib.

"Cathay Pacific" aviaşirkətindən məcburi eniş faktını təsdiqləyiblər və heç kimin xəsarət almadığını bildiriblər.

Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR