Təranə Nazəninə 4 min ödəyəcək - Məhkəmə qərarı bilindi

Təranə Nazəninə 4 min ödəyəcək - Məhkəmə qərarı bilindi

Müğənni Təranə Qumralla Nazənin arasındakı məhkəmə prosesi başa çatıb. 

Aktual.az axşam.az-a istinadən xəbər verir ki, Təranə "Hər şey daxil" verilişində məhkəmənin qərarından danışıb. O bildirib ki, Nazəninə pul cəriməsi ödəyəcək:
"Deyirlər ki, mən şikayət etmişəm. Heç bir məhkəməyə şikayət ərizəsi verməmişəm. Bütün şikayətləri qarşı tərəf edib. Nərimanov məhkəməsində qərar çıxdı. Mən üzr istəmədiyim üçün cərimə olaraq onlara 4 min pul ödəyəcəm. Qarşı tərəf qərarla razılaşmadı və Apelyasiya Məhkəməsinə müraciət etdi. Orda da qərar qüvvədə saxlanıldı. Sonra verdilər Ali Məhkəməyə. Yenə də qərar qüvvədə qaldı. Qərar icraya göndərildikdən sonra gedib 4 min manatımı ödəyəcəm".

Qeyd edək ki, Təranə ilə Nazənin arasında qalmaqal ANS kanalında Rövşanə Ağasəfqızının proqramında yaşanmışdı. Tərəflər bir-birinin ünvanına təhqirlər səsləndirmişdi.
Xəbər 164 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR