Tənha insanlara könüllü xidmət göstəriləcək

Tənha insanlara könüllü xidmət göstəriləcək

"SAF Həyat Naminə” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi «Öz evində tənha yaşayan insanlara könüllülərin sosial xidmətinin təşkili» layihəsinə start verildi. 
 
Ölkəmizdə çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində aparılan dövlət siyasətinə, yəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə 30 dekabr 2011-ci ildə qəbul olunmuş "Sosial Xidmət haqqında Qanun”a dəstək vermək məqsədilə sosial xidmət sahələrində könüllülük fəaliyyətinin genişlənməsini təşviq etməkdir. Əhalinin əsas hissələrindən sayılan ahıl insanlar bəzən qanunda nəzərdə tutulmuş sosial xidmətlərdən kənarda qalırlar. Bu da daha çox öz evində tək yaşayan insanlarda özünü biruzə verir. Layihənin məqsədi məhz Həmin insanlaar gündəlik həyatlarını təmin edə bilmələrinə kömək etməkdir. Təbii ki, bəzi ahılların ya özləri, ya da qohumları və ya qonşuları zamanında müvafiq dövlət qurumlarına müraciət edəndə dövlətin göstərdiyi sosial xidmətlərdən istifadə edə bilirlər. Əks təqdirdə köməksiz qalırlar. 
 
Məhz bu layihədə "Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək 40 nəfər könüllülərlə evlərində tək və çətin şəraitdə yaşayan 25 nəfər ahıl insanlara kömək ediləcək. Sosial işçilərlə birgə hər bir ahıla iki könüllü olmaqla ziyarət və xidmətlərində dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa köməklik göstərəcək, istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində vasitəçi olacaq, ; tibbi və psixoloji yardım almaqda köməklik göstərilməsi, tibb və təhsil müəssisəsinə müşayiə, yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaşdırılmasnı , hüquqi məsləhət alınmasına köməklik göstərilməsinı təmin edəcək. Qeyd edək ki, layihə 4 ay müddətini əhatə edir. Layihə 1-dən 30-a qədər davam edəcək.
Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR