Ötən il yol qəzalarında 894 nəfər ölüb

Ötən il yol qəzalarında 894 nəfər ölüb

Bu barədə polis polkovniki Kamran Əliyev məlumat verib


2015-ci ildə Azərbaycanın avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Aktual.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, ötən il baş verən qəzalar nəticəsində 894 nəfər ölüb, 2265 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. K.Əliyev bildirib ki, 2014-cü illə müqayisədə ötən il 415 hadisə, 230 ölüm, 411 xəsarət halı azalıb. “Ötən il ölkədə baş verən yol qəzalarının təxminən 1/3-i paytaxt ərazisində olub. Yəni Bakı şəhərində 797 yol qəzası qeydə alınıb ki, nəticədə 229 nəfər ölüb, 850 nəfər xəsarət alıb. Piyadavurmalar ümumi hadisələrin 41,5 %-ni təşkil edib. 923 piyadavurma hadisəsi nəticəsində 333 nəfər ölüb, 673 nəfər isə xəsarət alıb".
Şöbə rəisi həmçinin qeyd edib ki, sürət həddinin aşılması səbəbindən 609 yol qəzası baş verib. Nəticədə, 290 nəfər ölüb, 496 nəfər xəsarət alıb. Ötmə və manevretmə qaydalarının pozulması nəticəsində isə 821 yol qəzası baş verib, nəticədə 325 nəfər dünyasını dəyişib, 943 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR