Ötən il Gürcüstanda 3 Azərbaycan vətəndaşı itkin düşüb

Ötən il Gürcüstanda 3 Azərbaycan vətəndaşı itkin düşüb

 Gürcüstanda ötən ildə 3 Azərbaycan vətəndaşı itkin düşüb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin illik statistik məlumatında bildirilib.
İtkin düşən Azərbaycan vətəndaşlarının 2-si sağ-salamat, digəri isə ölü tapılıb.
Digər xarici ölkə vətəndaşlarına gəlincə, ötən il Gürcüstanda 4 Rusiya, 5Banqladeş vətəndaşı itkin düşüb. Rusiya vətəndaşlarının 2-si tapılıb, digər ikisinin isə axtarışları davam etdirilir. Banqladeş vətəndaşlarının isə hamısı sağ-salamat tapılıb.
2018-ci ildə həmçinin Yaponiya, Səudiyyə Ərəbistanı, İtaliya və Özbəkistandan olan ümumilikdə, 4 vətəndaş itkin düşüb. İtaliya və Özbəkistan vətəndaşları hələ də axtarılır. 
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR