Ötən il Azərbaycandan Gürcüstana 20 mln. dollardan çox pul köçürülüb

Ötən il Azərbaycandan Gürcüstana 20 mln. dollardan çox pul köçürülüb

 2018-ci ildə Azərbaycandan Gürcüstana 20 430,4 min ABŞ dolları məbləğində pul köçürülüb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.
Ötən il Gürcüstandan Azərbaycana isə 12 205 min dollar məbləğində pul köçürmələri həyata keçirilib. 
Təkcə ötən ilin dekabr ayında isə Azərbaycandan Gürcüstana 2 198,4 min dollar, Gürcüstandan Azərbaycana isə 1 144,5 min dollar pul köçürülüb.
Qeyd edək ki, 2018-ci ildə Gürcüstana xarici ölkələrdən 1,5 mlrd. dollardan çox pul vəsaiti daxil olub. Bunun 150,9mln. dolları dekabr ayının payına düşüb ki, bu da illik müqayisədə 9,1% çoxdur. 
Ötən il Gürcüstana ən çox pul vəsaitlərinin daxil olduğu ölkələrin siyahısına Rusiya başçılıq edib. Bu ölkədən Gürcüstana il ərzində 457 535 min dollar, təkcə dekabr ayında isə 43 800 min  dollar məbləğində pul köçürmələri həyata keçirilib. 
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR