"Ötən il Azərbaycan məhkəmələrində 389 min 580 işə baxılıb" – Ramiz Rzayev


 "Azərbaycanda 540-550 məhkəmə hakimi var və ölkənin əhalisi isə 10 milyon nəfərə yaxındır. Avropa standartları ilə götürsək Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür".

"Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Mətbuat Şurasının təşkilatçılığı ilə KİV rəhbərləri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, Avropa standartlarına görə isə əhalinin hər 100 min nəfərinə 20 hakim düşməlidir. 
R.Rzayev qeyd edib ki, 2017-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində 15 min 919 işə baxılıb: "Bunlardan 357 mini mülki, 5 mini iqtisadi, 27 mini isə inzibati işlərdir. Ümumilikdə isə Azərbaycan məhkəmələrində 2017-ci ildə 389 min 580 işə baxılıb. Bu qədər işə 500 hakimin baxması isə çətindir".
 
Aktual.az
Xəbər 214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR