Ötən gün 85 cinayət faktı qeydə alınıb

Ötən gün 85 cinayət faktı qeydə alınıb

Daxili İşlər Nazirliyi iyunun 1-dən 2-dək qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Aktual.az xəbər verir ki, daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların 23-ü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olan 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.


Aktual.az
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR