Temperatur 3-5 dərəcə aşağı enəcək: yağış, külək

Temperatur 3-5 dərəcə aşağı enəcək:   yağış, külək

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz dəyişkən  buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin  verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 8-11, gündüz 14-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var, gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 8-13, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

A. Verdiyev deyib ki, aprelin 17-də havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Xəbər 533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR