Tələbə qəbulu ilə bağlı xidmət haqları açıqlandı

Tələbə qəbulu ilə bağlı xidmət haqları açıqlandı

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi açıqlanıb. 

Aktual.az sxemi təqdim edir:

Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün ali təhsil müəssisələrinə qəbul imtahanları həmin abituriyentlərin hesabına həyata keçirilir.

Xidmətlərin adı Ölçü vahidi Tarif*(ƏDV-siz, manat)
Ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı 1 iştirak üçün 40
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən (o cümlədən "Jurnalistika” və Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq”) ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı 1 iştirak üçün 30
Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı 1 iştirak üçün 10
Ümumi təhsil müəssisələrinin cari il məzunlarının əlavə olaraq verdikləri Azərbaycan dili və ya rus dili fənnindən imtahan 1 iştirak üçün 10
Ümumi təhsil müəssisələrinin cari il məzunlarının qəbul imtahanında əlavə olaraq verdikləri xarici dil fənni imtahanı 1 iştirak üçün 10
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR