Tehranda nəqliyyat məsələləri müzakirə ediləcək

Tehranda nəqliyyat məsələləri müzakirə ediləcək

Nəqliyyat Nazirliyi məlumat yaydı.

İranın paytaxtı Tehran şəhərində keçiriləcək sayca 4-cü iclasda nəqliyyat bağlantılarının gücləndirilməsi siyasəti müzakirə ediləcək. 

Bu barədə  Nəqliyyat Nazirliyindən bildirilib. 

“Dekabrın 20-21 tarixlərində Tehran şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və İranım Yol və Şəhərsalma Nazirliyinin birgə təşkilatçılığı ilə UNESCAP-ın "Nəqliyyat bağlantılarının gücləndirilməsi siyasəti barədə dialoq" mövzusunda 4-cü regional iclası keçiriləcək”, - deyə nazirlikdən deyilib. 

Nazirlikdən həmçinin bildirilib ki, iclas zamanı subregional bağlantıların gücləndirilməsinin potensial imkanları və çağırışlar, bağlantıların möhkəmləndirilməsi istiqamətində təcrübə mübadiləsi məsələləri müzakirə ediləcək, davamlı nəqliyyatın inkişaf etdirilməsi istiqamətində iştirakçı dövlətlərin məruzələri dinləniləcək və bu istiqamətdə regional çərçivədə tövsiyələr təqdim ediləcək.

Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR