Təcili yardım briqadaları gücləndirilmiş rejimdə çalışacaq - Referendum günü

Təcili yardım briqadaları gücləndirilmiş rejimdə çalışacaq   - Referendum günü

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi günündə böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları fəaliyyət göstərəcək.

Bunu Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov deyib.

Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları həmin gün bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, referendum 2016-cı il sentyabrın 26-da keçiriləcək. //Trend

Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR