Tanınmış ictimai xadim Fəxrəndə Həsənzadə “Hacı Zeynalabdin Tağıyev adına Qızıl Medal”a layiq görülüb

Tanınmış ictimai xadim Fəxrəndə Həsənzadə “Hacı Zeynalabdin Tağıyev adına Qızıl Medal”a layiq görülüb

Viva Hotelin inzibati binasında təşkil olunan təqdimat mərasimində "Artishok” agentliyinin baş direktoru, "Azəri Home Chef” cəmiyyətinin və "Turizmin və milli mətbəxin inkişafına dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə "Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş "Hacı Zeynalabdin Tağıyev adına Qızıl Medal ilə, Azərbaycanda doğulub boya-başa çatan əslən yəhudi olan Anjelika Manaşirova, Rada İsaakova , Ruslan Manaşirov, Natan Əıibəy və Azərbaycanın dostu Yılmaz Ərdoğan "Azərbaycanım” beynəlxalq jurnalının Fəxri diplomu ilə təltif olunublar.
Mükafatı Fəxrəndə Həsənzadəyə Beynəlxalq Elmlər Akademiyasının Fəxri Akademiki, "Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli təqdim edib.
Emil Nəsirli çıxışında vurğulayıb ki, Fəxrəndə Həsənzadə tanınmış ictimai xadim olaraq vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən əməlləri, respublikamızda turizmin və milli mətbəxin inkişafına dəstək olaraq öz çoxşaxəli fəaliyyəti ilə böyük nüfuz qazanıb. Emil Nəsirli onu da vurğulayıb ki, Fəxrəndə Həsənzadə həmçinin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi ilə bağlı da ardıcıl olaraq böyük işlər aparıb. Respublikamızda öz ictimai fəaliyyəti ilə daim diqqət mərkəzində olan Fəxrəndə Həsənzadə İkinci Qarabağ Müharibəsi gedən 44 gün ərzində öz kollektivi ilə demək olar ki, dəfələrlə cəbhə bölgəsində gərgin döyüşlərdə iştirak edən əsgərlərimizin yanında olmuş, onları hazırladıqları milli mətbəximizin təamları ilə təmin etmişdir. Düşmənə sarsıdıcı zərbə endirən əsgərlərimiz Fəxrəndə xanımın onlar üçün hazırladığı müxtəlif çeşidli ev yeməklərini dadmaqla ön cəbhədə olmaqlarına baxmayaraq özlərini rahat, evdə olduqları kimi hiss ediblər. Bu da Fəxrəndə xanımın onlara mənəvi dayaq göstərməsinin bariz nümunəsidir-deyə bildirən Emil Nəsirli Fəxrəndə Həsənzadənin həmçinin qastronomik turizm sahəsində müxtəlif tədbirlərin təşəbbüskarı və təşkilatçısı olduğunu qeyd etmişdir. Baş redaktor onu da əlavə edib ki, o, eyni zamanda turizmin inkişafına kömək edən layihələr həyata keçirir və həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın adət-ənənələrini, mətbəxini, mədəniyyətini layiqincə təbliğ edir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə həmin layihələr vasitəsilə çatdırır.
Çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumat verən Emil Nəsirli, bəzi xarici qüvvələrin yaydığı yalan və qarışdırıcı xəbərlərin, sərgilədiyi zərərli mövqenin sarsıldığını da xüsusi vurğulayıb.
"Dinindən, milliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları erməni təcavüzü əleyhinə uğurlu müharibədə azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər” – deyə bildirən Emil Nəsirli onu da əlavə edib ki, həm bu gün, həm də Birinci Qarabağ Müharibəsində orduya könüllü yazılanlar, erməni təcavüzünə qarşı mübarizə aparanlar arasında saysız başqa xalqın, dinin nümayəndəsi də olub. Onların öz vətənlərini, tarixi torpaqlarını qoruduqlarını deyən Emil Nəsirli, ermənilərə dəstək verən xarici qara qüvvələrin niyyətinin Azərbaycan xalqının əsrlərdən bəri əldə etdiyi multikulturalizm, tolerantlıq kimi dəyərə zərbə vurmaq olduğunu söyləyib, amma onların heç zaman buna nail ola bilmədiyini bildirib.
Emil Nəsirli İkinci Qarabağ Müharibəsində Azərbaycanın haqlı mübarizəsini, eləcə də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdıran, hazırda xarici ölkələrdə yaşayan Azərbaycanda doğulub boya-başa çatan Anjelika Manaşirovanın, Rada İsaakovanın, Ruslan Manaşirovun, Natan Əıbəyin və Azərbaycanın dostu Yılmaz Əedoğanın bu istiqamətdəki fəaliyyətlərini yüksək qiymətləndirib, onları dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları kimi Azərbaycan dövləti, dövlətçiliyi, torpaqlarımızın bütövlüyü uğrunda həmrəylik nümayiş etdirdiklərini xüsusi qeyd edib.
Tədbirdə çıxış edən Fəxrəndə Həsənzadə, eləcə də tədbirə onlayn olaraq qatılan Anjelika Manaşirova, Rada İsaakova, Ruslan Manaşirov, Natan Əıibəy və Yılmaz Ərdoğan "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi mükafatlara layiq görüldüklərinə görə jurnalın Redaksiya Şurasına və kollektivinə minnətdarlıqlarını bildiriblər. Onlar çıxışlarında yekdilliklə vurğulayıblar ki, bu gün Azərbaycan Prezidentinin Ali Baş Komandan kimi uğurlu qələbəsinə qarşı çıxış edən bütün bu qara qüvvələr, qələbəmizi həzm edə bilmirlər. Təəssüf ki , bəzi dövlətlər bütövlükdə şovinist, nasist, faşist, monoetnik dövlət olan, hərbi xuntaya qulluq edən Ermənistanı müdafiə edir. Budur onların iç üzü. Amma, bütövlükdə, xarici qüvvəllər nə istəyirlər desinlər, bura Azərbaycandır, Qarabağ Azərbaycan torpağıdır, burada yaşayan hər bir millətin nümayəndəsi də azərbaycançılıq ideologiyasına sadiq Azərbaycan vətəndaşıdır.
Emil Nəsirli çıxışının sonunda "Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından ictimai xadim Fəxrəndə Həsənzadəni Azərbaycanda turizmin və milli mətbəxin inkişafına verdiyi dəstəyə və milli adət-ənənələrimizin beynəlxalq aləmdə təbliğində xidmətlərinə görə Hacı Zeynalabdin Tağıyev adına Qızıl Medala layiq görülməsi münasibətilə, eləcə də tədbirə onlayn olaraq qatılan Anjelika Manaşirovanı, Rada İsaakovanı, Ruslan Manaşirovu, Natan Əlibəyi və Yılmaz Ərdoğanı Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılmasında müstəsna xidmətlərinə görə Fəxri diploma layiq görülmələri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Xəbər 1868 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR