Taleh Bağırovun silahlı tərəfdarı tutuldu

Taleh Bağırovun silahlı tərəfdarı tutuldu

Gəncədə radikal dini qruplaşmanın üzvü tutulub.

Aktual.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi və Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elnur Cavadovun evindən nömrəsi silinmiş “AKSU-74” markalı silah, 30 ədəd patron və patron darağı, habelə 12 ədəd ərəb əlifbası ilə yazılmış kitab (dini ədəbiyyat olması ehtimal olunur) aşkar edilərək götürülüb.

APA-nın əldə etdiyi məlumata görə, E. Cavadov “Müsəlman birliyi” adlı hərəkatın üzvlərindəndir.

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR