Taksi sürücüsü işləyən idmançımız — FOTO

Taksi sürücüsü işləyən idmançımız   — FOTO

Boks üzrə 14 qat Azərbaycan çempionu, yeniyetmələr arasında Dünya və Avropa çempionu, əməkdar idman ustası Samir Məmmədov acınacaqlı vəziyyətdə yaşayır. 

Aktual.az aznews.az-a istinadən bildirir ki, idmançımız hazırda imkansızlıq ucbatından taksi sürücülüyü ilə məşğuldur.

Saytın məlumatına görə, S.Məmmədov taksi xidmətlərindən birinin sürücüsüdür.

Samir Məmmədov faktı təsdiqləyib. 

Onun sözlərinə görə, diqqətsizlik ucbatından idmanı tamamilə atıb və ailəsini dolandırmaq üçün müxtəlif işlərə üz tutub: 

“Düzdür, mən taksi sürücüsü kimi fəaliyyət göstərmişəm. Ondan əvvəl daha ağır işlərdə çalışmışam. Hamısı ehtiyac ucbatındandır. 

Təbii ki, bu, mənim idmanda qazandığım nəticələrə yaraşmır. Mənim evdə iki balam var. Onlar evdə yemək istəyəndə, mən onlara nəyisə başa sala bilmərəm. Taksidə işləmək ayıb deyil. Düzdür, hərə öz işinə uyğun işləsə, əla olar. Amma nə edim?”

Xəbər 626 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR