Tac Mahal bağlana bilər

Tac Mahal bağlana bilər

Hindistanın turistlər arasında populyar olan Aqra şəhərinin meri Navin Kumar Cayn mərkəzi hökumətə müraciət edərək yeni növ koronavirusun yayılması səbəbi ilə ölkədəki bütün tarixi abidələri turistlər üçün müvəqqəti bağlamağı tövsiyə edib.

"Report” TASS-a istinadən xəbər verir ki, mer bu barədə "Twitter” səhifəsində yazıb.
"Aqra və digər tarixi yerlərə çoxsaylı xarici turistlər gəlir və bu da koronavirus infeksiyasının yayılma ehtimalını artırır. Odur ki, Hindistan hökumətini vəziyyət normallaşanadək Tac Mahal da daxil olmaqla, ölkədəki bütün tarixi yerləri bağlamağa çağırıram”, - o müraciətində söyləyib.
Hələlik mərkəzi hökumətdən Aqra merinin təklifinə cavab gəlməyib.
Qeyd edək ki, Hindistanda, son məlumata görə, 31 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 16-sı İtaliyadan gələn turistlərdir. Yoluxan hindistanlıların hamısı müxtəlif ölkələrə - Çin, İtaliya, İran, BƏƏ, Malayziya və Tailanda səfər edənlərdir. Üç hindistanlı pasiyent artıq sağalıb. Hindistanda virusu səbəbi ilə ölüm faktı qeydə alınmayıb.
Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR