Sürücü sükan arxasında vəfat etdi - Bakıda

Sürücü sükan arxasında vəfat etdi - Bakıda

Dünən günorta saatlarında Bakının mərkəzi küçələrindən olan Teymur Elçin küçəsində yol qəzası baş verib

 Lent.az xəbər verir ki, Teymur Elçin küçəsi 2 ünvanınınn qarşısında "Lexus" markalı 90 FO 090 dövlət qeydiyyat nişanlı avtomobil maneəyə çırpılaraq dayanıb. Hadisə yerinə gələn polislər avtomobilin sürücüsünün sükan arxasında vəfat etdiyini müəyyənləşdiriblər və dərhal təcili tibbi yardıma müraciət edilib. İlkin müayinə zamanı sürücü, Xırdalan şəhər sakini, 1953-cü il təvəllüdlü Nurəddin Musayevin vəfat etdiyi müəyyən edilib.

Bəlli olub ki, sürücünün səhhətində ciddi problem yaranıb və o, sükan arxasında vəfat edib. Bu səbəbdən də avtomobil maneəyə çırpılaraq dayanıb.
Xəbər 586 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR