Suriyada döyüşməkdə təqsirləndirilən şəxslər məhkəmədə ifadə verib

Suriyada döyüşməkdə təqsirləndirilən şəxslər məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Əfqan Aslanov və Bilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər.
Hər iki şəxs 2019-cu ildə həbs edilib.
Təqsirləndirilən Əfqan Aslanov ifadəsində bildirib ki, Suriyaya savab işlər görmək məqsədilə gedib, ancaq sonradan aldandığını başa düşüb. Onun sözlərinə görə, bundan sonra qayıtmaq istəsə də, buraxmayıblar.
"2014-cü ilin yanvarında rayona gəldim. Sonradan məni MTN-ə çağırdılar, ifadəmi aldılar, dedilər heç bir cinayət törətməmisən, buraxdılar. 2017-ci ildə ov tüfəngi düzəltdiyimə görə istintaqa çağırıldım, amma həbs edilmədim. Həmin vaxt Suriyaya getməyimlə bağlı yenə də ifadəmi aldılar, amma Suriyaya getməyimə görə həbs etmədilər. Bir müddət sonra yenidən rayon Dövlət Təhlükəsizlik Xidmətinə çağırdılar və Bakıya – DTX-nın İstintaq idarəsinə getməyimi bildirdilər. Mən də getdim”.
Təqsirləndirilən Bilal Hacıyev də ifadəsində Suriyaya qaçqınlara kömək etmək məqsədilə getdiyini deyib. O bildirib ki, Suriyada döyüşlərdə və təlimlərdə iştirak etməyib: "Bizi ölümlə qorxudurdular, deyirdilər qoşulun bizə. Orada heç nəyə qarışmamışam. Əfqan tutulduqdan 20 gün sonra məni çağırıb həbs elədilər”.
Proses noyabrın 27-də davam edəcək.
Bilal İsmayılov və Əfqan Aslanov Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunurlar.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR