Sumqayıt-Bakı elektrik qatarlarının gecikmə səbəbi AÇIQLANDI

Sumqayıt-Bakı elektrik qatarlarının gecikmə səbəbi AÇIQLANDI

"Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb".

Aktual.az xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib:
"Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir. "Azərbaycan Dəmir Yolları" QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir".



Xəbər 174 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR