ÜST: Liviyada döyüşlərdə son həftələr 350-yə yaxın adam ölüb

ÜST: Liviyada döyüşlərdə son həftələr 350-yə yaxın adam ölüb

"Liviyanın Tripoli bölgəsində hərbi əməliyyatların getdiyi 24 gün ərzində 1997 nəfər ondan bilavasitə təsirlənib: 345 nəfər ölüb, 1625 nəfər yaralanıb. Mülki əhali arasında belələrinin sayı 96 nəfərdir - 22 nəfər ölüb, 74 nəfər yaralanıb".

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç deyib.
Onun sözlərinə görə, ÜST Tripoli bölgəsinə cərrahiyyə əməliyyat keçirmək üçün əlavə təcili yardım qrupu göndərib. Son üç həftə ərzində ÜST həkimləri 140-dan çox böyük əməliyyat keçirib və 100-dən çox kiçik cərrahi müdaxilə edib.
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR