ÜST koronavirusla bağlı son məlumatları açıqladı

ÜST koronavirusla bağlı son məlumatları açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 8-dək koronavirusa (COVID-19) yoluxanlara aid statistik məlumatları açıqlayıb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, məlumatda son 24 saat ərzində Bolqarıstan, Kosta-Rika, Farer adaları, Fransa Qvianası, Maldiv adaları, Malta, Martinika, Moldova Respublikasında koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma hallarının qeydə alındığı bildirilib.
Təşkilatın məlumatında vurğulanıb ki, risk qiymətləndirilməsi Çində, regional səviyyədə və qlobal səviyyədə çox yüksəkdir
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Dünyada: 105 586 (3 656 yeni)
Çində: 80 859 (46 yeni)
3 100 ölüm halı (27 yeni)
Çindən kənarda:
24 727 yoluxma halı (3 610 yeni)
484 ölüm halı (71 yeni)
101 ölkə/ərazi (8 yeni)
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR