Sovetskidə sökülən evlərin yerinə tikiləcək binalar - FOTO

Sovetskidə sökülən evlərin yerinə tikiləcək binalar   - FOTO

Bu gün Səbail rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

Aktual.az  lent.az-a istinadən bildirir ki, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edərək bildirib ki, rayon ərazisində genişmiqyaslı tikinti işlərinin həyata keçirilməsi istiqamətində artıq bu istiqamətdə xeyli iş görülüb, 9-dan çox layihəyə baxılaraq təsdiq olunub və bu proses davam edir: "Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir. Bu işlərin həyata keçirilməsi ilə bir sıra istehsal sahələrinin bu layihələrə cəlb olunması, yeni iş yerlərinin açılması və ən əsası sakinlərimizin işlə təminatı məsələləri öz həllini tapacaq. Artıq tikinti sektorundakı işlərə maraq xeyli artıb. Bu da ölkədə gedən islahatlarla birbaşa bağlıdır".

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd edib ki, cari ilin ilk 3 ayı ərzində Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 4 milyard 220,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz çoxdur. İri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 77.5  milyon manat, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri isə 29.9 milyon manat olub.

Rüb ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 267.4  milyon manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 47.1 faiz çox olub, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1462.7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44.3 faiz çox olub.
3 ay ərzində Səbail rayonda 777  yeni daimi iş yeri, ümumilikdə isə 2003-cü ilin oktyabrından bu günə kimi rayonda 47670-i daimi olmaqla 51138 yeni iş yerləri acılıb.
RİH tərəfindən Badamdar qəsəbəsində yeni "Abad məhəllə" istifadəyə verilmiş, "Şıx" ərazisindəki dağ massivində 50 ha sahədə "Ekoloji park"ın yaradılması işləri davam edir. Hazırda bu ərazidə 50 min ədəd ağac əkilib və onlara gündəlik qulluq göstərilir.

Hazırda Dövlət Proqramına uyğun olaraq  Badamdar qəsəbəsində 3 ədəd yeni su anbarlarının tikintisi və qəsəbədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam edir.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

Sovetskidə

Sovetskidə

Sovetskidə

Xəbər 1080 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR