Sosial şəbəkələrə giriş qadağa edildi

Sosial şəbəkələrə giriş qadağa edildi

Şimali Koreya hökuməti Facebook, Tvitter sosial şəbəkələrini və Youtube video xidmətini ölkə ərazisində blok etdiyini rəsmən elan edib.

Aktual.az lent.az-a istinadən bildirir ki, ölkədə Cənubi Koreya saytlarına girişin də qarşısı alınıb.

Şimali Koreya Poçt və Telekommunikasiya Nazirliyinin müvafiq bəyanatı ölkədə mobil rabitə xidmətləri göstərən əsas şirkət olan "Koryolink" tərəfindən yayılıb. Nazirlikdən bildiriblər ki, məqsəd ölkə haqqında yalan təbliğatın qarşısını almaq, eləcə də seksual məzmunlu saytların blok olunmasıdır.

Qeyd edək ki, Şimali Koreyada indiyədək qeyri-rəsmi də olsa, xarici saytlar blok edilirdi. Ölkədə əhalinin yalnız çox az hissəsinin internetə giriş imkanı var. İndi onlar təkcə ölkə daxilində qeydiyyatdan keçən saytlara girə biləcəklər.

Xəbər 1108 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR