Son sutkada 710 nəfər koronavirusa yoluxdu

Son sutkada 710 nəfər koronavirusa yoluxdu

Azərbaycanda son gündə 710 nəfər koronavirusa yoluxub.

Bu barədə Aktual.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, 503 nəfər müalicə olunaraq sağalıb, ölüm halı qeydə alınmayıb.

Ölkədə bu günədək ümumilikdə 806 472 nəfər koronavirusa yoluxub. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 427 nəfərdir.

Son gün ərzində 4852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.
 
Koronavirus əleyhinə 1 791 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 261, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 172 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 842 888 təşkil edir.

Xəbər 152 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR