Son iki ayda Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 175 mini ötüb

Son iki ayda Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 175 mini ötüb

 Fevral ayında Azərbaycandan Gürcüstana 83 511 nəfər səfər edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyanın aylıq hesabatında bildirilib.
İllik müqayisədə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 4 nəfər artıb. Ötən ilin fevral ayında Azərbaycandan qonşu ölkəyə 83 507 nəfər gedib.
Yanvar-fevral aylarında isə Gürcüstana Azərbaycandan səfər edənlərin ümumi sayı 175 852 nəfər təşkil edib.
Ötən ay Azərbaycan vətəndaşları Gürcüstana səfər edən əcnəbilər arasında birinci yeri tutub. İkinci yerdə 70 078nəfərlə Ermənistan, üçüncü yerdə isə 69 675 nəfərlə Rusiya qərarlaşıb. Bu ölkələrdən Gürcüstana səfər edənlərin sayında illik müqayisədə müvafiq olaraq 10,7% və 14,7% azalma qeydə alınıb.
Xatırladaq ki, ötən ay Gürcüstana səfər edən turistlərin sayı 247 705 nəfər təşkil edib ki, bu da illik müqayisədə 11 993 nəfər və ya 5,1% çoxdur.
Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR