Slovakiyada yük qatarından 11 uşaq aşkarlanıb

Slovakiyada yük qatarından 11 uşaq aşkarlanıb
  • DÜNYA

Slovakiyanın Dunay-Streda şəhərində yük qatarında Əfqanıstan və Pakistandan olan yetkin yaşlıların müşaiyət etmədiyi 11 azyaşlı uşaq aşkarlanıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsinin əməkdaşı Denis Bardiov bildirib.
Onun sözlərinə görə, qatar Serbiyadan Slovakiyaya gəlib: "Onların 9-u Əfqanıstandan, 2-si isə Pakistandandır. Uşaqlar əvvəlcə qeyri-insanı şəraitdə yük qatarının vaqonunda Serbiyanın Subotisa şəhərinə, Macarıstan ərazisindən Slovakiyaya uzun yol qət ediblər”.
Hadisə ilə bağlı araşdırma aparılır. Polis onları azyaşlı uşaqların saxlanıldığı müəssisəyə yerləşdirib.
Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR