Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb

Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Mil-Muğan bürosunun məlumatına görə, şəhərin "köhnə bazar” adlanan ərazisində "Ford tranzit” markalı avtomobil sərxoş vəziyyətdə olan Şirvan sakini, 1981-ci il təvəllüdlü Mənsimov Rauf Afiq oğlunu vurub.

Nəticədə piyada kəllə-beyin travması diaqnozu ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.
Bundan əvvəl Bərdədə piyadanı avtomobil vurub.
 

Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR