Ermənistan parlamentinin spikeri Alen Simonyan parlament mandatını qəbul etməyəcək.
Aktual.az xəbər verir ki, bu barədə Simonyan parlamentdə keçirilən brifinqdə deyib.
Simonyan bildirib ki, spiker vəzifəsində fəaliyyətini davam etdirmək istəyir, lakin partiya rəhbərliyinin qərarını qəbul edir.
Eyni zamanda, o, siyasi fəaliyyətini yalnız Mülki Müqavilə Partiyasının tərkibində və Baş nazir Nikol Paşinyanla birlikdə təsəvvür etdiyini vurğulayıb:
"Özümü heç bir siyasi prosesdə Paşinyan olmadan təsəvvür edə bilmirəm”.
Qeyd edək ki, hakim Mülki Müqavilə Partiyası parlament sədri vəzifəsinə Ruben Rubinyanın namizədliyini irəli sürüb.
Xəbər 57 dəfə oxunub.