Paşinyan diaspor amilini məhdudlaşdırır: Ermənistanda seçki qaydaları dəyişir

Paşinyan diaspor amilini məhdudlaşdırır: Ermənistanda seçki qaydaları dəyişir

Ermənistan hakimiyyəti ümumrespublika seçkilərində xaricdə yaşayan vətəndaşların səsvermə imkanlarını ciddi şəkildə məhdudlaşdırmağa hazırlaşır. Yeni təşəbbüs xüsusilə son parlament seçkilərindən sonra Kremlin Ermənistan siyasətinə təsir imkanlarının azaldılması istiqamətində növbəti addım kimi qiymətləndirilir.
Aktual.az xəbər verir ki, Ermənistan parlamentinin Dövlət-Hüquq Məsələləri üzrə Daimi Komissiyası seçki qanunvericiliyinə dəyişiklikləri ilk oxunuşda müsbət qiymətləndirib.
Layihəyə əsasən, ümumrespublika seçkilərində və referendumlarda səs vermək istəyən Ermənistan vətəndaşı səsvermədən əvvəlki 365 gün ərzində azı 183 gün faktiki olaraq ölkə ərazisində yaşamış olmalıdır. Yalnız dövlət qulluqçularının xarici ezamiyyətləri və xaricdə təhsil alan tələbələr üçün istisna nəzərdə tutulur. Komissiyada müalicə məqsədilə xaricdə olanların da bu siyahıya salınması təklif edilib.
Qanun layihəsinin müəlliflərindən olan deputat Alxas Kazaryan bildirib ki, məqsəd seçki hüququnun təkcə vətəndaşlıq faktına deyil, həm də şəxsin Ermənistanın ictimai-siyasi həyatında real iştirakına əsaslanmasını təmin etməkdir.
Yerli siyasi müşahidəçilər hesab edirlər ki, dəyişikliklərin əsas məqsədlərindən biri seçkilər zamanı xaricdə, xüsusilə Rusiyada yaşayan Ermənistan vətəndaşlarının nəticələrə təsir imkanlarını məhdudlaşdırmaqdır. Son parlament seçkilərində Rusiyadan çoxsaylı Ermənistan vətəndaşının səsvermə üçün ölkəyə gətirildiyi iddiaları geniş müzakirə olunmuş, Kremlin dəstəklədiyi hesab edilən müxalif qüvvələrin, o cümlədən "Güclü Ermənistan" partiyasının gözləniləndən yüksək nəticə əldə etməsi də bu kontekstdə qiymətləndirilmişdi.
Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR