Silahlıların girov götürdüyü iranlı hərbçilərdən 5-i sərbəst buraxıldı

Silahlıların girov götürdüyü iranlı hərbçilərdən 5-i sərbəst buraxıldı
  • DÜNYA

İranın cənub-şərq hissəsində, Pakistanla sərhəd yaxınlığında yerləşən Mircave bölgəsindən qaçırılan 14 iranlı hərbçinin 5-i sərbəst buraxılıb.

Aktual.az report-a istinadən xəbər verir ki, bunu İranın İnqilab Keşikçiləri Qvardiyasının komandanı general Məhəmmədəli Cəfəri bildirib.
Onun sözlərinə görə, girovluqdan buraxılan hərbçilərin təhlükəsizliyi Pakistan dövləti tərəfindən qorunur.

Qeyd edək ki, oktyabrın 16-da Pakistanla sərhəd yaxınlığında silahlılar 14 iranlı hərbçini qaçırıblar.
 
Aktual.az 
Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR