“Səudiyyə Ərəbistanı Krallığına qarşı raket hücumunu qınayırıq” - XİN

“Səudiyyə Ərəbistanı Krallığına qarşı raket hücumunu qınayırıq” - XİN

”Biz Səudiyyə Ərəbistanı Krallığına qarşı raket hücumunu qınayırıq”.

Bu sözləri APA-nın sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, bu cür neqativ hallar regionda onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər: "Biz regionda davamlı sülhün və müəyyənliyin təmin olunması üçün siyasi-diplomatik səylərin daha da artırılmasına çağırırıq”.

Qeyd edək ki noyabrın 4-də Səudiyyə Ərəbistanının havahücumundan müdafiə sistemi Ər-Riyadın şimal-şərqində ballistik raketi zərərsizləşdirib. "Al-Arabia” kanalının yaydığı məlumata görə, raket Yəməndəki üsyançılar tərəfindən atılıb. Bildirilir ki, hücumun qarşısı vaxtında alınıb və əhali arasında xəsarət alan yoxdur.

 
Aktual.az
Xəbər 215 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR