Səlim Müslümov: Orta əməkhaqqı artırılacaq

Səlim Müslümov: Orta əməkhaqqı artırılacaq

"Əməkqabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,1%-ni təşkil edəcəyi, iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 740 min nəfərə çatacağı və iqtisadi fəal əhalinin 95% təşkil edəcəyi proqnozlaşdırılır”.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu sözləri 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

"2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1 milyon 520 min nəfər və ya məşğul əhalinin 32,1%-i qədər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3 milyon 220 min nəfər proqnozlaşdırılır. 

Nəzərdə tutulur ki, hər işçiyə hesablanmış orta əməkhaqqı ilin əvvəlinə nisbətən 3,7% artaraq 508 manata çatacaq. 

2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı proqnozlar əsasında əmək pensiyaçılarının orta illik sayını formalaşdırıb ki, bu da təqribən 1 milyon 324 min nəfər nəzərdə tutulur. Bu, hazırda orta illik saydan təqribən 16 min nəfər çoxdur”, - deyə nazir əlavə edib. 
 
Aktual.az

Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR