Səhiyyə Nazirliyi: Kəskin hava şəraiti səbəbindən 5 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi: Kəskin hava şəraiti səbəbindən 5 nəfər xəsarət alıb

 Azərbaycanda ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təcili tibbi yardıma 5 müraciət daxil olub.


Bunu "Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər. 

Müraciət edənlərin dördünə yerindəcə yardım göstərilərək evə buraxılıb.

Nazirlikdən qeyd olunub ki, xəstəxanada yalnız bir nəfərin müalicəsi davam edir: "Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onun həyatı təhlükəsi yoxdur”.

Xatırladaq ki, ötən gün güclü külək nəticəsində "Binə” Ticarət Mərkəzində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.

Xəbər 200 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR