Səfərbərlik Xidmətindən Niyaməddin Orduxanlıya rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb

Səfərbərlik Xidmətindən Niyaməddin Orduxanlıya rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ictimai fəal, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıya rəsmi cavab məktubu göndərib.

Bu barədə Avrasiya.net-ə N.Orduxanlı özü məlumat verib. Sədr müavini bildirib ki, onun Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətdə olduğunu, radikal müxalifətçi Əli Kərimlinin oğlu Türkel Kərimlinin isə Londonda istirahətini əks etdirən fotolarını müqayisəli təqdimatı böyük rezonans doğurub:

"Bu gün isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ictimaiyyətdə böyük rezonans doğuran və yüzminlərlə baxış sayı toplayan statusuma rəsmi cavab verib. Cavabda bildirilir ki, Əli Kərimlinin oğlu, 29 yaşlı Türkel Kərimli Nəsimi rayon hərbi komissarlığında qeydiyyatdadır və onun həqiqi hərbi xidmətə cəlb edilməsi üçün fəaliyyət davam etdirilir. Başqa sözlə desək, Dövlət Xidməti faktiki olaraq T.Kərimlinin hərbi xidmətdən yayındığını və çağırışlardan qaçdığını təsdiqləyib”.
Səfərbərlik Xidmətindən Niyaməddin Orduxanlıya rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb
N.Orduxanlı qeyd edib ki, əslində bu fakt vaxtaşırı olaraq gənclərə müraciət edən Əli Kərimlinin həyat tərzini və mahiyyətini ortaya qoyur:

"Əli Kərimliyə səslənirəm: əvvəlcə, oğlunun Vətən qarşısında borcunu yerinə yetirməsi üçün ölkəyə gəlməsini və əsgəri xidmət keçməsini təmin et, ondan sonra Vətən haqda danış! O, gəncləri aldatmaq, onların vətənpərvərlik duyğusundan sui-istifadə etməklə məşğuldur, övladını isə xaricə qaçırdıb. Bilirik ki, Türkel Kərimli heç bir xarici ölkədən siyasi sığınacaq almayıb və hazırda İngiltərədən ABŞ-a "iş fəaliyyəti üçün” getdiyi bildirilir. Azərbaycan vətəndaşıdırsa, niyə Vətən qarşısında borcunu yerinə yetirmir? Əli Kərimli bu faktdan sonra hansı haqla danışa, gənclərə müraciət edə bilər?”
Səfərbərlik Xidmətindən Niyaməddin Orduxanlıya rəsmi cavab - Əli Kərimlinin oğlu əsgərlikdən yayınıb
Qeyd edək ki, bir müddət əvvəl N.Orduxanlı Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin əsgərlik, Əli Kərimlinin oğlu Türkel Kərimlinin isə Londondakı istirahətdən fotosunu müqayisəli təqdim etmişdi. Bu paylaşım yüzminlərlə baxış toplamış və böyük müzakirələr doğurmuşdu.

Xəbər 1242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR