Saxta pul əskinasları satan şəxs saxlanıldı

Saxta pul əskinasları satan şəxs saxlanıldı

Qusarda saxta pul əskinasları satanlar saxlanılıb.

Aktual.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Hacı Kərəmova saxta 50 manatlıq əskinas verən şəhər sakini Şahin Əfəndiyev tutulub.
Onun saxta pulu həmyerlisi Samir Soltanovdan alması müəyyən edilib. Həyata keçirilən tədbirlərlə S.Soltanov da tutulub, ondan 12 ədəd 100 manatlıq və 5 ədəd 50 manatlıq saxta əskinas (rəngli kserokopiyadan çıxma) götürülüb.

Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR