Sarkisyan İrəvanda təhlükəsizliyi gücləndirir

Sarkisyan İrəvanda təhlükəsizliyi gücləndirir

Ermənistan prezidenti Serj Sarkisyan polisə İrəvanda post-patrul xidmətinin gücləndirilməsini tapşırıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə erməni dövlət başçısının mətbuat katibi Vladimir Akopyan bildirib.

Onun sözlərinə görə, Serj Sarkisyana İrəvanda avtobus partlayışından sonra yaranan vəziyyət haqqında mütəmadi olaraq məluamt verilir. 

63 saylı marşrut üzrə hərəkət edən avtobus İrəvanda Alabyan küçəsində “Tumo” Kreativ Texnologiyalar Mərkəzinin yaxınlığında partlayıb. 

Partlayış nəticəsində avtobusda bir neçə nəfər ölüb, yeddi nəfər “Armeniya” tibb mərkəzinə yatırlıb, onların arasında yeniyetmə və hamilə qadın var.

Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR