Sarı dənizdə iki gəminin toqquşması nəticəsində 5 nəfər ölüb

Sarı dənizdə iki gəminin toqquşması nəticəsində 5 nəfər ölüb
  • DÜNYA

Sarı dənizdə iki gəminin bir-biri ilə toqquşması nəticəsində 5 nəfər həyatını itirib, daha sonra gəmilərdən biri batıb.
Aktual.az "Report"-a istinadən xəbər verir ki, bu barədə bazar günü Sindao hökumətinə istinadən "Sinxua" agentliyi məlumat yayıb.
Şənbə günü "Sinji-6" ticarət gəmisi Çinin Sindaodan 40 dəniz mili aralıda yerləşən Çaolyan adası yaxınlığında "Lutszyaoyuy-60968" balıqçı gəmisi ilə toqquşub, ardınca balıqçı gəmisi batıb.
Xilasedicilər balıqçı gəmisində olan 5 nəfərin meyitini sudan çıxarıb, digərlərinin axtarışı davam etdirilir.
Qəza zamanı qatı duman səbəbindən görüntünün zəif olduğu bildirilir.
Məlumata görə, gəmilərin hər ikisi Çin şirkətlərinə məxsusdur.
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR