Sankt-Peterburqda terror həyəcanı - Binanı partlatmaq istədilər

Sankt-Peterburqda terror həyəcanı - Binanı partlatmaq istədilər

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binasına yerləşdirilən partlayıcı qurğu zərərsizləşdirilib.

Aktual.az  azvision.az-a istinadən xəbər verir ki, bu barədə şəhərin Nevsk rayon administrasiyasının rəhbəri Konstantin Serov bildirib. 
"Partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib", - deyə Serov vurğulayıb. 
Ehtimal olunur ki, Sankt-Peterburqda növbəti dəfə partlayış törətmək istəyirlər.
Qeyd edək ki, bir neçə gün öncə Sankt-Peterburqda metroda partlayış baş verib. Hadisə nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb.

Aktual.az
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR