Sakit okeanın suları təhlükəli səviyyəyə qədər istiləşib

Sakit okeanın suları təhlükəli səviyyəyə qədər istiləşib
  • DÜNYA

"Sakit okean sularının istilik dalğası-2019": alimlər aşkar edilmiş anomaliyanı belə adlandırıblar. Anomaliya Şimali Alyaskadan başlamış Cənubi Kaliforniyayadək uzanan ərazidə müşahidə olunub.
 
Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, həmin ərazidə suyun temperaturu təhlükəli səviyyəyə qədər yüksəlib. Bəzi yerlərdə suyun temperaturu normadan 6 dərəcə yüksək olub. Ekspertlər həyəcan təbili çalırlar: suyun istiləşməsi davam etsə, fəlakət baş verə bilər.
Artıq vəziyyət elə bir böhranlı səviyyəyə çatıb ki, anomaliya bütün qərb sahilboyu ərazi boyunca dəniz faunasının kökünün kəsilməsinə və balıqçılığın məhv olmasına gətirib çıxara bilər. Söhbət həmin ərazidə qızılbalıq populyasiyasının məhv olmasından gedir. Əgər suyun temperaturu uzun müddət 20 dərəcə səviyyəsində olsa, cavan qızılbalıqların sağlamlığına mənfi təsir göstərəcək və onların balaları kürü tökmək üçün yer tapa bilməyəcək. Temperaturun 22,8 dərəcəyə qədər yüksəlməsi isə balıqlar üçün ölümcül haldır.
Alimlər "qatil damcı" adlandırılmış oxşar anomaliyanı 2014-cü ildə müşahidə ediblər. O dövrdə məhdud ərazidə temperaturun orta hesabla 7 dərəcə yüksəlməsi yüz milyonlarla dəniz heyvanının məhvinə gətirib çıxarmışdı. Alimlər bildirirlər ki, əgər vəziyyət analojidirsə, onda bu hal müvəqqətidir. Ancaq artıq məlumdur ki, anomaliya 5 il əvvəl olduğu kimi güclü təsir göstərəcək.
Kaliforniyada yerləşən NOAA elmi mərkəzinin mütəxəssisi Neyt Mantua deyib: "Adətən okean temperaturunun bu dərəcədə güclü dəyişməsi üçün xeyli vaxt tələb olunur, lakin indiki halda biz radikal temperatur dəyişmələrini cəmi 3 ay ərzində müşahidə etdik".
Xəbər 71 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR