Sahibkarlara ayrılan kreditin həcmi azaldı – 40 faiz

Sahibkarlara ayrılan kreditin həcmi azaldı   – 40 faiz

““Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatı məhsulu istehsalçılarına verilən güzəştli kreditin həcmi 40% azalıb”.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib. Bildirib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş güzəştli kredit vəsaitlərinin həcmi kəskin şəkildə azalıb: “Belə ki, 2014-cü ilin 9 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş kredit vəsaitlərinin həcmi 135,8 milyon manat olduğu halda, 2015-ci ilin 9 ayı ərzində fermerlərə, sahibkarlara verilən kredit vəsaitləri 24 faiz azalaraq 108,3 milyon manat təşkil edib”.

Vahid Məhərrəmov qeyd edib ki, kənd təsərrüfatı məhsulu istehsalı üçün 2015-ci ilin 9 ayı ərzində ayrılan güzəştli kreditlərin həcmi dollarla ifadədə isə keçən ilin eyni dövrü ilə müqayisədə 70 milyon dollar azalıb: “Keçən ilin 9 ayında bu sahəyə 173 milyon dollar ekvivalentində kredit vəsaiti verildiyi halda, bu ilin müvafiq dövründə bu göstərici 40 faiz azalaraq 103,1 milyon dollar təşkil edib”.

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR