Sabunçu polisinin 3 yüksək rütbəli əməkdaşı işdən çıxarıldı

Sabunçu polisinin 3 yüksək rütbəli əməkdaşı işdən çıxarıldı

Bakının Sabunçu Rayon Polis İdarəsinin 3 vəzifəli şəxsi vəzifəsindən azad olunub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.
Nazirin əmrləri ilə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini, polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili işlərində yol verdikləri ciddi nöqsanlara görə tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.
Xəbər 663 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR