“Vaqner”in Afrika muzdluları Ukraynaya göndərilir

“Vaqner”in Afrika muzdluları Ukraynaya göndərilir

"Vaqner” özəl hərbi şirkətinin Afrika qruplaşması ya Mərkəzi Afrika Respublikasını tərk edəcək, ya da komandirlərinin kontinentdən çıxması ilə başsız qalacaq.
Aktual.az xəbər verir ki, bu barədə Rusiyanın "VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, muzdlulara "Salem” kod adlı komandiri və onun "Aysmen” ləqəbli müavininin Ukraynada döyüşmək üçün adamlar toplamağa başlayacaqları ilə bağlı məlumat verilib:
"Rusiya Qəhrəmanı olan Salem Mərkəzi Afrika Respublikasındakı muzdluların rəhbəridir. Adam yığmaqla bağlı elana inansaq, onda belə çıxır ki, Afrika qruplaşması Salemin Ukraynaya göndərilməsi səbəbindən ya başsız qalacaq, ya da komandirləri ilə birlikdə Mərkəzi Afrika Respublikasını tərk edəcək”.
Xəbər 172 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR