Almaniyanın "Rheinmetall” silah konserni Ukraynada hava hücumundan müdafiə avadanlıqlarının istehsalı üzrə zavod tikməyi planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Armin Papperger məlumat verib.
"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri "Rheinmetall” Kiyevin ən mühüm müttəfiqlərindən biri oldu və onu birbaşa silah təchizatı ilə dəstəklədi. Şirkət tezliklə yerində müdafiə istehsalına cəlb olunacaq. Bu il Ukraynada sursat istehsal edəcək daha bir zavodun yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb. İndi hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün üçüncü zavodun tikintisi planlaşdırılır”, - Papperger bildirib.
Xəbər 223 dəfə oxunub.