Şabrandakı yanğının söndürülməsinə amfibiya təyyarəsi də cəlb olundu

Şabrandakı yanğının söndürülməsinə amfibiya təyyarəsi də cəlb olundu

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Aktual.az xəbər verir ki, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.
Xəbər 163 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR