Sabiq prezidentin həyat yoldaşı həbs olunub – 58 il müddətinə

Sabiq prezidentin həyat yoldaşı həbs olunub – 58 il müddətinə
  • DÜNYA

Honduras məhkəməsi çərşənbə günü keçmiş ölkə prezidenti Porfirio Lobonun həyat yoldaşı Roza Helena Bonillanı 58 il müddətinə həbs cəzasına məhkum edib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters” Respublika Ali Məhkəməsinin nümayəndəsi Karlos Silvanın bəyanatına istinadən məlumat yayıb.
"Keçmiş birinci xanım Roza Elena Bonilla, vəsaitin mənimsənilməsi və fırıldaqçılıq cinayətlərinə görə 58 il həbs cəzasına məhkum edildi”, – deyə Silva bildirib.
52 yaşlı Bonillanın vəkili müvəkkilinin günahsız olduğunu və Ali Məhkəməyə apelyasiya şikayətinin veriləcəyini deyib.
Sabiq prezidentin xanımı 2018-ci il fevralın sonunda tutulub. Honduras prokurorluğu onu müxtəlif sosial proqramların icrası üçün nəzərdə tutulmuş 700 min dollardan çox pulu mənimsəməkdə ittiham edib.
Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR