Sabiq MTN əməkdaşının cinayət işi prokurorluğa qaytarıldı

Sabiq MTN əməkdaşının cinayət işi prokurorluğa qaytarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Aktual.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkilinin qaldırdığı vəsatətə münasibətlə bağlı qərar elan olunub.
Ötən prosesdə vəkil vəsatətində bildirmişd ki, istintaq dövründə müvəkkilinə qarşı kobud qanun pozuntular olub. O, cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını istəmişdi.
Məhkəmə vəsatəti təmin edib. Cinayət işi prokurorluğa qaytarılıb.
İttiham aktına əsasən, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. O, həmin pul qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirmə vədini verib. Lakin sonradan vədinə əməl etməyib.
T.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilməyib.
T.Rəcəbov qızıl biznesi ilə məşğul olub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş adamı T.Rəcəbov daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb və hədə-qorxu və təzyiqlərə məruz qalıb.
T.Rəcəbov MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.
Xatırladaq ki, T.Rəcəbov xüsusi xidmət orqanının ehtiyatda olan polkovnikidir.
O, məhkəmə iclasında anket məlumatları dəqiqləşdirilən zaman deyib ki, T.Rəcəbov ali təhsillidir, 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlil Nazirliyinin əməkdaşı olub.
 
Aktual.az
Xəbər 78 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR