Sabah Neftçilər prospekti bağlanacaq

Sabah Neftçilər prospekti bağlanacaq

Avropa "Qran-Pri"sinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək "Formula-1" yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Aktual.az Report-a istinadən  xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşdüyü mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

Bu səbəbdən Neftçilər prospektinin Rəsul Rza və Puşkin küçələri ilə kəsişmələri arasında olan hissəsində aprelin 16-sı saat 06:00-dan etibarən nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət bazar ertəsi günü, aprelin 18-i səhər saatlarında aradan qaldırılacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula-1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar "Qran-Pri"dən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR