Saakaşvili Gürcüstana qayıdır

Saakaşvili Gürcüstana qayıdır

Gürcüstan hakimiyyəti tərəfindən axtarışa verilən Odessa qubernatoru Mixael Saakaşvili parlament seçkilərindən sonra vətənə qayıdacağını vəd edib.

Aktual.az oxu.az -a istinadən bildirir ki, bu barədə Gürcüstanın sabiq lideri "Rustavi 2" teleşirkətinə verdiyi müsahibəsində deyib.

Saakaşvili onun yaratdığı "Vahid milli hərəkat" partiyasının 2016-cı il oktyabr ayında keçiriləcək seçkilərdə qalib gələcəyindən əmindir.

"Bu seçkiləri keçirmək və qalib gəlmək lazımdır, sonra gəlib qalib gələn insanlara yardım etmək lazımdır", - o bəyan edib.

Odessa qubernatoru qeyd edib ki, hazırda Gürcüstanın siyasi həyatında yalnız iki lider mövcuddur - o və sabiq baş nazir Bidzina İvanişvili.

"Hazırkı mərhələdə üçüncü yoxdur. Bu, mənim üzərimə xüsusi məsuliyyət qoyur və təkrar edirəm, Ukraynada vəzifəyə can atmadığım kimi, Gürcüstanda da vəzifəyə can atmıram. Mənim vəzifəm (əgər belə formalaşıbsa, ya rusiyalı oliqarx, ya da ki mənim hazırda əlaqədar olduğum) mənim nə vaxtsa olduğumdan yaxşı olmaqdır", - Saakaşvili müsahibəsində bildirib.

Eyni zamanda Saakaşvili vurğulayıb ki, onun vətənə qayıdışı Ukraynadan qaçmaq demək deyil, belə ki, o, komandasıyla bərabər bu ölkədə islahatlar aparmağa davam etmək niyyətindədir.

Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR