Rza Zərrabla bağlı yeni qərar verildi

Rza Zərrabla bağlı yeni qərar verildi

Baş prokuror qərara dair sənədi yayımladı.

Martın 19-da ABŞ-ın Mayami şəhərində həbs olunan və İrana qarşı sanksiyaları pozmaqda, beynəlxalq miqyaslı qeyri-leqal pul transferində və saxtakarlıqda ittiham edilən iranlı iş adamı Rza Zərrabın işi ilə bağlı dəyişiklik olub.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, Zərrabın Mayamidəki müvəqqəti vəkili Lee Stapleton ötən gün məhkəməyə ərizə təqdim edərək aprelində 4-də keçiriləcək məhkəmə prosesini təxirə salınmasını tələb edib.

Mayami prokuroru James Hayes vəkilin təqdim etdiyi ərizəyə etiraz etməyib. Bunun ardınca hakim Edwin Torres ərizəni həmin gün qəbul edib və beləliklə, 4 aprel tarixində baş tutacaq məhkəmə prosesi ləğv olunub.

“Twitter”də qərara dair sənədi yayımlayan Baş prokuror Preet Bharara “Rza Zərrab Floridadakı məhkəmə prosesindən imtina etdi, bundan sonrakı əməliyyatlar üçün Nyu-Yorka nəql ediləcək” deyib.

Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR